İngiltərə klubunun futbolçusu “Beşiktaş”da

İngiltərə klubunun futbolçusu “Beşiktaş”da

Hazırda oxunan: İngiltərə klubunun futbolçusu “Beşiktaş”da

143716

Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.  

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Hall Siti"də çıxış edən Ozan Tufanla danışıqları müsbət yekunlaşdırıb. Bu barədə "A Spor" məlumat yayıb.  

"Qara qartallar" 28 yaşlı orta xətt oyunçusu ilə razılıq əldə edib. "Beşiktaş" türk futbolçunun klubu ilə razılıq əldə etsə, transfer tamamlanacaq.  

Qeyd edək ki, Ozan Tufan "Hall Siti"yə ötən ilin yayında "Fənərbaxça"dan transfer olunub. Türkiyə millisinin sabiq üzvü Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 8 qol vurub. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO