Quru meyvə bazarlarında hərc-mərclik - VİDEO 

Quru meyvə bazarlarında hərc-mərclik - VİDEO 

Hazırda oxunan: Quru meyvə bazarlarında hərc-mərclik - VİDEO 

136354

Mövsümündən asılı olmayaraq quru meyvələrə hər zaman tələbat var. Amma təəssüf ki, nə bazarlarda, nə də əksər marketlərdə bu qida məhsullarının saxlanılmasında gigiyenik tələblər gözlənilir. Quru meyvələr hər yerdə üstüaçıq şəkildə alıcıya təklif edilir. 

Bizim.Media xəbər verir ki, paytaxt sakinləri bu barədə öz narahatlıqlarını dilə gətiriblər: 

“Yaxşı olar ki, quru meyvələr üstüörtülü şəkildə satışa qoyulsun”. 

Bu məsələdə satıcıların da öz arqumentləri var: 

“Bütün bazar quru meyvələri üstüaçıq şəkildə satır. Mən bağlı satsam, gərək dükanı bağlayıb gedim”. 

Quru meyvələrin satışında digər narahatedici məqamlardan biri də bu məhsulların son istifadə tarixlərinin göstərilməməsi, hətta çox vaxt satıcının özünün belə bundan xəbərsiz olmasıdır. 
Ətraflı videomaterialda: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO