Sahibə Qafarova: “Bu cür bəyanatlar Rusiyanın vasitəçilik fəaliyyətinə kölgə salır”

Sahibə Qafarova: “Bu cür bəyanatlar Rusiyanın vasitəçilik fəaliyyətinə kölgə salır”

Hazırda oxunan: Sahibə Qafarova: “Bu cür bəyanatlar Rusiyanın vasitəçilik fəaliyyətinə kölgə salır”

132127

“Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun "Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında" iddiaları böyük təəssüf doğurur və tamamilə qəbuledilməzdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı məktubunda bildirilir. 

"Xüsusilə təəssüf doğurur ki, belə bir "rəy" Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini tərəfindən ifadə olunur", - deyə spiker qeyd edib. 

Məktubda vurğulanır ki, informasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi O.Matveyçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır.

Milli Məclisin sədri xatırladır ki, Vyaçeslav Volodinlə son görüşləri zamanı regiondakı vəziyyəti ətraflı müzakirə edib və Azərbaycanın regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı səyləri, habelə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozması barədə fikir mübadiləsi aparıb. 
Məktubda Milli Məclisin sədri bildirib ki, Dövlət Dumasında hakim "Vahid Rusiya" Partiyasını təmsil edən deputat kimi O.Matveyçev Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti, müstəqilliyə, dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dərinləşdirməkdən ibarət olan rəsmi mövqeyinə riayət etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO