Azərbaycan Ordusunda döyüş atışlı məşğələlər keçirilir - VİDEO

Azərbaycan Ordusunda döyüş atışlı məşğələlər keçirilir - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda döyüş atışlı məşğələlər keçirilir - VİDEO
124013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə döyüş atışlı məşğələlər keçirilir.

MN-dən Bizim.Media-ya verilən məlumata görə, Ümumqoşun poliqonunda keçirilən məşğələlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları icra ediblər.

Çətin keçilən ərazilərdə təbii və süni maneələrin dəf edilərək döyüş maşınlarının idarə olunması, eləcə də zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Məşğələlər zamanı əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasına yönəldilib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO