Türkmənistan Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini effektiv ADLANDIRDI

Türkmənistan Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini effektiv ADLANDIRDI

Hazırda oxunan: Türkmənistan Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini effektiv ADLANDIRDI

123364

Türkmənistan Prezidenti sammitin keçirilməsi təşəbbüsünə görə azərbaycanlı həmkarına təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Sərdar Berdiməhəmmədov deyib.

O bildirib ki, pandemiya qlobal inkişafa ciddi təsir edib, bu həm siyasi əlaqələr, həm sosial-iqtisadi, həm də humanitar sahələrə aiddir.

“Qoşulmama Hərəkatı humanizmi, ədaləti və bərabərliyi təbliğ edir. Təşkilatın əməkdaşlıq üçün aydın gündəliyi var.

Birgə səylər nəticəsində biz pandemiyanın nəticələrinin öhdəsindən gələ bilərik.

Əməkdaşlığımızı gücləndirməliyik. Mən əminəm ki, hər bir ölkənin öz nailiyyətləri var və biz bir-birimizin nailiyyətlərini öyrənə bilərik. Təklif edirik ki, biz vahid informasiya bankı yaradaq və bütün ölkələrin buna girişi olsun.

Tibb sahəsində əməkdaşlığı gücləndirməli və təması artırmalıyıq. Bununla bağlı təşəbbüs irəli sürə bilərik. Qlobal səviyyədə koordinasiyalı şəkildə işləmək vacibdir. Tibbi sahəsində əməkdaşlıq üçün mexanizm nəzərdə keçirə bilərik”.

Türkmənistan Prezidenti ölkəsinin bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb:

“Biz BMT-nin digər humanitar təşkilatları ilə sıx təmasda olmalıyıq. Biz özümüzün iqtisadi gündəliyimizi təbliğ etməliyik, proteksionizmə, süni maneələrə qarşı bir mexanizm yaratmalı, resursların ədalətli bölünməsini təmin etməliyik. Dayanıqlı sülh və stabillik mümkün olduğu halda inkişafa nail ola bilərik. Biz platforma olaraq bu istiqamətdə çalışmalıyıq. Dialoq sülh üçün qarantiyadır. Mən effektiv sədrliyinə görə Azərbaycan bir daha təşəkkür edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO