Bizim.Media “Armenia.Today” saytına istinadən məlumat verir ki, bu sözləri parlamentdəki çıxışı zamanaı Ermənistan İqtisadiyyat naziri Vahan Kerobyan deyib.
MÖVZU İLƏ BAĞLI:
Erməni nazir İranda keyf məclisində yatıb qalıb, görüşə getməyib
Kerobyan, “27 sentyabrdan bəri mən və iki qardaşım müharibədə iştirak etdik. Əvvəlcə Martakert və Ağdamda olduq, sonra - Hadrutda.
Dörd övladım var, beşincisini gözləyirik, hamısını qoyub müharibəyə getdim.
Hər şeyi öz gözlərimlə gördüm və bunun 30 il əvvəlki hərəkətlərimizin nəticəsi olduğunu başa düşdüm”, deyə, qeyd edib.
Eyni zamanda hökümətin də baş verənlərə görə məsuliyyət daşıdığını qeyd edən Kerobyan, “əgər güclü ordumuz olsaydı, hər şey fərqli ola bilərdi”, deyə əlavə edib.
Bizim.Media