Ukraynanın Rusiya ilə sülh danışıqlarında mövqeyi Xersonun azad edilməsindən sonra da eyni qalır.
Bizim.Media xəbər verir ki, bu barədə “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya “Telegram”da yazıb.
Onun sözlərinə görə, daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə hansı şərtlərlə danışmağın mümkünlüyünü dilə gətirib:
“Bunlar Ukraynanın ərazi bütövlüyünün bərpası, bütün dəymiş ziyanın ödənilməsi, bütün hərbi cinayətkarların cəzalandırılması, hücumun təkrarlanmayacağına dair effektiv təminatlardır. Şərtlərimiz yerinə yetirildikdə, Ukrayna danışıqlar masası arxasına əyləşəcək”.
Qeyd edək ki, Araxamiya yazda ruslarla danışıqlar qrupunun rəhbəri olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:33 / 13.11.2022
Xersonun azad edilməsindən sonra Ukraynanın danışıqlarla bağlı mövqeyi dəyişməyib - RƏSMİ
Hazırda oxunan: Xersonun azad edilməsindən sonra Ukraynanın danışıqlarla bağlı mövqeyi dəyişməyib - RƏSMİ
Hazırda oxunan: Xersonun azad edilməsindən sonra Ukraynanın danışıqlarla bağlı mövqeyi dəyişməyib - RƏSMİ
104052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.