İranın Qum şəhərində yerləşən Cəmkəran məscidinin üzərində İranın ali lideri Ayətullah Əli Xameneinin xatirəsinə qırmızı “qisas bayrağı” qaldırılıb.
Bizim.Media xəbər verir ki, bayrağın qaldırılması mərasiminin görüntülərini yerli “Jamkaran” agentliyi yayımlayıb.
Bu bayraq daha əvvəl də Cəmkəran məscidinin üzərində qaldırılıb.
Belə ki, 2025-ci ilin iyununda baş vermiş 12 günlük İran-İsrail müharibəsi zamanı, həmçinin 2020-ci ildə general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra sözügedən məscidin üzərində “qisas bayrağı” qaldırılıb.
Ölkə ərazisində həmçinin Xameneinin ölümü ilə bağlı qara matəm bayraqları da ucaldılıb.
Bizim.Media






























































































