Xəbər verdiyimiz kimi, axtarışda olan Maqsud Mahmudov Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Maqsud Mahmudovun Azərbaycana deportasiya edildiyi görüntülər yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Ukraynada həbs olunan azərbaycanlı iş adamı Bakıya GƏTİRİLDİ - FOTO
Videoda M.İbrahimovun aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyəti üzrə aparıldığı görünür.
Qeyd edək ki, M. Mahmudov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media