Bu lampaları satanlar cərimələnəcək - VİDEO

Bu lampaları satanlar cərimələnəcək - VİDEO

Hazırda oxunan: Bu lampaları satanlar cərimələnəcək - VİDEO
253341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Közərmə lampalarını satanlar cərimələnəcək.

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, növbəti ildən dükan və bazarlarda bu cür lampalara rast gəlməyəcəyik. Çünki bu məhsullar öz yerini enerji baxımından daha sərfəli olan led lampalara verəcək. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, proses mərhələli şəkildə aparılacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, bu qadağada ən birinci və vacib məqsəd təhlükəsizlik və enerji sərfiyyatının azaldılmasıdır.

Çünki közərmə lampaları qiymətdə ucuz olsa da, enerji və iqtisadi baxımdan səmərəsiz hesab edilir. 
 

Qərarın qüvvəyə mindiyi tarixdən yəni, gələn ilin yanvarından bu qaydanı pozan sahibkarlara, hüquqi və vəzifəli şəxslərə cərimə tətbiq olunacaq. Közərmə lampası istifadə edən vətəndaşlar üçün isə cərimə nəzərdə tutulmayıb. Cəriməni tətbiq edəcək qurumun müəyyənləşməsi və digər mexanizmlər üzərində də iş gedir.


Mövzu ilə bağlı videomaterialı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO