Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR

Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR

Hazırda oxunan: Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR
587747
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın xalq artisti Filipp Kirkorova Moskva çayı sahilindəki 4,2 min kv.m-lik şəxsi ərazini boşaltmaq üçün 6 ay vaxt verilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı yazıb.

Bildirilib ki, Təbi Sərvətlər üzrə Federal Nəzarət Xidməti mülkün ictimaiyyətin girişi üçün açıq olan sahil zolağında yerləşdiyini təsdiqləyib və xalq artistinə xəbərdarlıq edib.

Nəşr yazıb ki, Saratovdan olan biznesmen Qleb Rıskov oktyabrda Kirkorova qarşı iddia qaldırıb. O hesab edir ki, 2003-cü ildə torpaq qanunsuz olaraq özəlləşdirilib və müğənni 2022-ci ildə üç torpaq sahəsini bir yerə birləşdirib.

“Yanvarın sonuna dinləmə təyin edilib. Bundan sonra Rıskov torpaqdan turizmin inkişafı üçün istifadəyə icazə almaq istəyir”, - məlumatda deyilir. (Kult.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO