“Bəxtiyar” filminin Saşası əlil arabasında – “Həkimə getməyə pul tapmıram” - FOTO

Hazırda oxunan: “Bəxtiyar” filminin Saşası əlil arabasında – “Həkimə getməyə pul tapmıram” - FOTO

19838

ATV kanalında yayınlanan “Gündən-günə” verilişi “Bəxtiyar” filmində Saşa obrazını canlandıran aktrisa Tamara Çernovanın yeni görüntülərini nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, hazırda 93 yaşında olan aktrisa Rusiyada yaşayır. Sosial durumunun çətinliyindən şikayətlənən aktrisa əlil arabasındadır:

“Evin kirayəsini və dərmanlarımın pulunu ödəyə bilmirəm. Əlil arabasındayam, həkimə getmək üçün taksiyə minməliyəm, pulum da olmur” deyə, aktrisa bildirib.

Qeyd edək ki, aktrisanın bir qızı var. O, evini qızına bağışlasa da, övladı ondan imtina edib. Qızı anasından imtina etmə səbəbini onun pis xasiyyətdə olması ilə əlaqələndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO