Sevinc Çılğının sehirli “Adagio”su - FOTO/VİDEO 

Hazırda oxunan: Sevinc Çılğının sehirli “Adagio”su - FOTO/VİDEO 

171167

Tanınmış şair Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti keçirilib.

Bizim.Media xəbər verir ki, "Adagio" adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutub.  

Muğam Mərkəzinin foyesində şairin yeni kitabının - "Adagio”un təqdimatı ilə başlayan gecə, daha sonra Mərkəzin səhnəsində konsert proqramı ilə davam edib.

Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səsləndirilib. Həmçinin məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. 
Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış ediblər.  
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO