Xaçmazda tarixi abidənin hasarlanmasının qarşısı alındı – FOTO 

Hazırda oxunan: Xaçmazda tarixi abidənin hasarlanmasının qarşısı alındı – FOTO 

138100

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar edilib.

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və abidənin mühafizə zonasında aparılan tikinti işlərinin dərhal dayandırılması tələb olunub. 

Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO