Rusiyalı aktrisa Yekaterina Volkova qızı ilə yaşadığı gərgin münasibətlərdən danışıb. O, Ostorojno: Sobçak layihəsinə müsahibəsində bir vaxtlar qızı Valeriya ilə məhkəməyə qədər getməyi düşündüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, aktrisanın sözlərinə görə, mübahisələrin əsas səbəbi qızının şəxsi həyatı və nəvələri ilə bağlı yaranan vəziyyət olub. “Hər şey qızımın evli kişidən hamilə qalması ilə başladı. Biz qərar verdik ki, uşağı saxlayacağıq. Amma həmin kişi nəvəm Timofeyin həyatında ümumiyyətlə iştirak etmədi”, - deyə Volkova bildirib.
O iddia edib ki, həmin şəxs uşaqların sənədlərində qeyd olunmayıb və ailə məsuliyyətini üzərinə götürməyib.
“Mən uşağı böyütməyə, ona sərmayə qoymağa hazır idim. Qızım üçün mənzil verdim. Sonra həmin kişi yenidən peyda oldu və daha bir uşaq dünyaya gəldi”, - aktrisa deyib.
Volkova əlavə edib ki, qızı onun nəvələri ilə görüşməsinə mane olub:
“Onlar harasa köçüblər və mənə ünvan demirlər. Hesab edirlər ki, məndən uzaq durmaq lazımdır”. O, qızının seçdiyi şəxsin ona qarşı hörmətsiz davrandığını vurğulayıb: “Mən onu 15 dəfə qovmuşam, lazım olsa 16-cı dəfə də qovarım. Mənə qarşı kobudluq etməyə ehtiyac yoxdur”.
Aktrisa bildirib ki, hazırda qızı ilə münasibətlər qismən yaxşılaşıb, lakin kürəkəni ilə barışıqdan söhbət getmir. “Nəvəm mənə bağlıdır, yanıma gəlmək istəyir. Amma mən ona izah edə bilmirəm ki, niyə onu özümlə apara bilmirəm”, - deyə o qeyd edib.
Volkova ümid etdiyini bildirib ki, gələcəkdə bütün məsələləri sakit şəkildə müzakirə edib həll edə biləcəklər. (Demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:37 / 17.02.2026
"Qızım evli kişidən hamilə qalmışdı"
Hazırda oxunan: "Qızım evli kişidən hamilə qalmışdı"
Hazırda oxunan: "Qızım evli kişidən hamilə qalmışdı"
596666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































