Bahalı həyat yaşayan Aydan kimdir? – 1 saata 53 min dollar qazandı

Hazırda oxunan: Bahalı həyat yaşayan Aydan kimdir? – 1 saata 53 min dollar qazandı

42519

Dünyanın ən bahalı həyat yaşayan qadınları arasında azərbaycanlı rəssam Aydan Salahova da var.

Bizim.Media xəbər verir ki, onun adı "The Art Newspaper Russia" qəzetinin "Ən bahalı həyat yaşayan rəssam qadınlar" adlı siyahısında yer alıb.
 

Siyahıd 50 qadın arasında 44-cü yerdə qərarlaşan Aydan Salahova Rusiyada yaşayan və çalışan rəssam, heykəltəraş, keçmiş qalereya sahibi, müasir rus incəsənətinin önəmli simalarından biri kimi təqdim edilib.


Qeyd edilib ki, onun əsərlərindən biri Moskvada keçirilən hərracda 1 saat ərzində 53 808 dollara (91 500 manat) satılıb.

Qəzetdə xanımların hansı kriteriyaya əsasən siyahıya salınması da izah edilib. Belə ki, onların 2020-ci ildə əsərlərinin hərracda və sərgilərdə satılma qiymətləri araşdırılıb. Qaleriyalarda əsərlərinin neçəyə satıldığı nəzərdən keçirilib, amma qiymətlər açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO