Nazilə Səfərli fanatlarından şikayətləndi: “Məndən pul istəyirlər” - VİDEO

Hazırda oxunan: Nazilə Səfərli fanatlarından şikayətləndi: “Məndən pul istəyirlər” - VİDEO

183289

Şairə və qiraətçi Nazilə Səfərli fanatlarından şikayətlənib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Nazilə bildirib ki, pərəstişkarları ondan pul istəyir: 

“Bu bəxtəvərlərin (proqramda yanında əyləşən Şəbnəm Tovuzluya (Əsədova) müraciət edərək deyir) fanatları bir işə yarayır. Mənə sosial şəbəkədə yazırlar: “Nazilə xanım mən sənin fanatınam”. Mən də ona deyirəm ki, “nə gözəl... Bəlkə mənim haqqımda bir şeir deyəsən”... Cavab verir ki, “Nazilə xanım anam xəstədir bizə pul lazımdır”. Bunu oxuyandan sonra özümə deyirəm ki, “Kül mənim “fanatlı” başıma”. Şəbnəmin fanatları gedib ona konsert təşkil edirlər. Mənim fanatım isə məndən pul istəyir. Fanatlarım pulgirdirlər. Məni təbliğ etməklə məşğul deyillər. Mən fanatlarımdan buna görə şikayətçiyəm. Etiraz edirəm və narazıyam bu vəziyyətdən”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO