Kirkorov bu addımı ilə görənləri TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Hazırda oxunan: Kirkorov bu addımı ilə görənləri TƏƏCCÜBLƏNDİRDİ - FOTO

183283

Tez-tez imicini dəyişən Rusiyanın Xalq artisti Filipp Kirkorov yeni döyməsi ilə görənləri təəccübləndirib. 

Bizim.Media xəbər verir ki, “İmperatorun xəzinələri” adlı yeni şousunun çəkilişləri üçün 56 yaşlı rus “pop kralı” kürəyinə bütövlüklə döymə vurdurub. 

Kirkorov bu addımını belə şərh edib:

“50 yaşından sonra mənim üçün hər şey kəskin şəkildə dəyişdi. Siz hələ heç nə görməmisiniz”, - deyə müğənni köynəyini çıxararaq belini bəzəyən nəhəng döyməni nümayiş edib. 

Döyməyə diqqətlə baxdıqda Filippin simasını, onun arxasında uzanan qanadlarını, eləcə də müxtəlif tünd xəttləri görə bilərsiniz.

“Mən burada hamınızdan qocayam, amma özümü yeniyetmə kimi hiss edirəm”, - deyə estrada ulduzu sözlərini tamamlayıb.

Yeri gəlmişkən, onu da bildirək ki, bu Kirkorovun yeganə döyməsi deyil. Beləki, ulduzun əllərindən birinin barmaqlarında “kral” döyməsi sözünü görmək mümkündür. 

Qeyd edək ki, Filipp Kirkorov bu yaxınlarda bloger və aparıcı Nastya İvleevanın 2023-cü il dekabrın 20-də keçirilən partiyasında iştirak etdiyinə görə bütün verilişlərin qapıları üzünə bağlanıb, konsertləri təxirə düşüb və bu səbəbdən ona veriləcək yüksək qonorarlardan məhrum olub. 

Lakin popun kralı yenə də bağışlandı və efirə qayıtdı. Belə ki, o, NTV-də yayımlanan “Maska” şousunda münsiflər heyətinin üzvü kimi çıxış edib. 

Fevralda Donbasa səfər Kirkorova reputasiyasını bərpa etməyə kömək edib. Məşhur orada xəstəxanada əsgərlərlə danışıb, hədiyyələr gətirib və qurbanlar üçün protezlərin pulunu ödəyəcəyini vəd edib. Rusiyanı tərk etmək fikrində olmadığını deyən müğənni bundan əvvəl Belqoroddakı fonda 5 milyon rubl ianə də edib. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO