Şakira Pike ilə bağlı etiraf etdi

Hazırda oxunan: Şakira Pike ilə bağlı etiraf etdi

183028

Kolumbiyalı müğənni Şakira karyerasını keçmiş əri, futbolçu Jerar Pikeyə qurban verdiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə məşhur “The Sunday Times”a müsahibəsində bildirib.

Belə ki, bu haqda fevral ayında yeddi ildən sonra ilk albomunu elan edən Şakira niyə bu qədər fasilə verməsini açıqlayan zaman danışıb.

“Pikenin futbol oynaması üçün onun yanında olmağa görə karyeramı uzun müddət dayandırdım. Mən sevgi üçün çox şey qurban verdim”, - deyə Şakira vurğulayıb.

Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra ayrılıblar. Onların iki oğlu var. Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO