Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub. Moderator.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Siyavuş İsrafilov 5 kiloqram 500 qram marixuananı satarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


































































































