Gömrükdə aşkarlanan narkotik maddələrin həcmində KƏSKİN ARTIM

Gömrükdə aşkarlanan narkotik maddələrin həcmində KƏSKİN ARTIM

Hazırda oxunan: Gömrükdə aşkarlanan narkotik maddələrin həcmində KƏSKİN ARTIM

601314

Gömrük işində hüquqpozma faktları 2024-cü illə müqayisədə 4,5% artıb. Ötən il gömrük işində 36,6 min hüquqpozma faktı aşkar edilib ki, bu faktlardan 661-i cinayət xarakterli, 35,9 mini inzibati xəta faktları olub.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabat ilində aşkar edilmiş 661 cinayət xarakterli faktlardan (əvvəlki illə müqayisədə 48% azalma) 157 fakt qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 9145,8 min manat), 124 fakt aksiz markası ilə markalanmalı (nişanlanmalı) olan məhsulları (malları) belə marka (nişanlama) olmadan idxal etmə (aşkar edilmiş malların dəyəri 3651,6 min manat), 182 fakt xarici valyuta vəsaitlərini xaricdən qaytarmama (qaytarılmayan xarici valyuta vəsaitlərinin məbləği 219,4 mln. ABŞ dolları), 26 fakt gömrük ödənişlərinin ödənilməsindən yayınma (ödənilməyən gömrük ödənişlərinin məbləği 4090,3 min manat), 209 digər cinayət xarakterli faktlar (aşkar edilmiş hüquqpozma predmetlərinin dəyəri 1105,5 min manat) təşkil edib.
 

Qeyd edilib ki, 2025-ci il ərzində gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində 97 fakt üzrə aşkar olunmuş ümumilikdə 1 ton 824 kq 453 qram narkotik vasitələr, psixotrop maddələr ve onların prekursorları (o cümlədən 39 kq 315 qram marixuana və 1490 həb metadon) qanunsuz dövriyyədən çıxarılıb ki, bu da 2024-cü illə müqayisədə 4,8 dəfə çoxdur. 


2025-ci il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 35,9 min gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2,9 min hüquqi şəxs (o cümlədən 1.4 min xarici hüquqi şəxs), 33 min fiziki şəxs (o cümleden 9,9 min xarici şəxs) inzibati məsuliyyətə cəlb olunmuş, bu şəxslərə qarşı 2945,9 min manat məbləğində cərimə tetbiq edilmiş ve qanuni qüvvəyə minmiş qərarların icrası üzrə 2715,3 manat ödenilməsi təmin edilmiş, habelə dəyəri 252,9 min manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib.

Hesabat dövründə gömrük orqanları tərəfindən aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 3470 min manat dəyərində 41,8 milyon ədəd (2024-cü ille müqayisədə 5,7 dəfə çox) xaricdə istehsal olunan siqaretlər, 93,2 min manat dəyərində 1440 litr spirtli içkilər, 131,2 min manat dəyərində 91,8 min litr energetik içkilər və s. aşkar edilərək götürülüb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO