Bolqarıstan qaz tədarükü ilə bağlı Azərbaycandan XAHİŞ ETDİ - "Müddət uzadılsın"

Hazırda oxunan: Bolqarıstan qaz tədarükü ilə bağlı Azərbaycandan XAHİŞ ETDİ - "Müddət uzadılsın"

48190

Bolqarıstan alternativ marşrut üzrə qaz tədarükü müddətinin 2022-ci ilin iyulunadək artırılması üçün Azərbaycana müraciət edib.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yerli KİV-lərə deyib.

"Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinin ləngiməsi ilə əlaqədar "Bulgargaz" şirkəti ilkin olaraq Azərbaycan tərəfinə ötən il dekabrın 31-dən bu ilin payızınadək Siderokastro-Kulata alternativ marşrutu ilə razılaşdırılmış qaz həcmlərinin tədarükü ilə bağlı müraciət etmişdi. IGB-nin istismarının gələn ilə təxirə salınması ilə əlaqədar "Bulgargaz" sazişin müddətinin 2022-ci il iyulun 1-dək uzadılması ilə bağlı müraciət etməli oldu. Biz ümid edirik ki, interkonnektorun tikintisi tezliklə başa çatacaq və o, tam gücü ilə işə düşəcək", - deyə səfir bildirib.

Qeyd edək ki, IGB layihəsi "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur.

Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO