DSMF yeni pensiya konsepsiyası hazırladı

DSMF yeni pensiya konsepsiyası hazırladı

Hazırda oxunan: DSMF yeni pensiya konsepsiyası hazırladı

38754

Dövlət Sosial Müdafiə Fondunun hazırladığı xüsusi Pensiya Konsepsiyasına hökumətdə baxılıb və konsepsiya Prezident Administrasiyasına təqdim olunub.

Moderator.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev söyləyib.Onun sözlərinə əsasən, hazırda konsepsiyaya Prezident Administrasiyasında baxılır:

 “Konsepsiyada qeyri-dövlət pensiya fondlarının yaradılması da əksini tapıb. DSMF bu sahədə beynəlxalq təcrübəni öyrənir”.

 O qeyd edib ki, son maliyyə böhranı fonunda dünyada gedən tendensiyalar da nəzərə alınır:

 “DSMF bu istiqamətdə təkliflər üzərində çalışır. Fond tərəfindən hazırlanmış layihə Avropa İttifaqı tərəfindən təsdiq olunur. İlk növbədə qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün bu pensiya fondlarına yığım, yığıma nəzarət, pensiyaların hesablanması və bu sahəyə dövlət nəzarəti qaydaları hazırlanmalıdır və hazırda bu istiqamətdə iş aparılır”.

 E.Mehdiyevin sözlərinə əsasən, bu sahədə müvafiq qanunverici aktları qəbul edildikdən və qaydalar təsdiqləndikdən sonra Azərbaycanda qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO