Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Bizim.Media xəbır verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüş keçirib. Görüşdə ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının sıx təmaslarının xüsusi rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Bu ilin mart ayında Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında imzalanmış iqtisadi əməkdaşlıq haqqında Saziş ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, ətraf mühit və digər istiqamətlər üzrə əlaqələrin inkişafına yönəlmiş növbəti addım kimi qiymətləndirilib.
İkitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların təhlil edilməsi və qiymətləndirilməsinin, biznes dairələri arasında işbirliyinin vacibliyi qeyd edilib. Həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.
Tərəflər iqtisadi sahədə birgə fəaliyyət, səmərəli enerji tərəfdaşlığı və ikitərəfli investisiyaların təşviqi məsələləri barədə fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:12 / 11.06.2024
Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Hazırda oxunan: Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Hazırda oxunan: Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
196794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.