“Bitkoin” sürətlə dəyər İTİRİR: Son qiymət AÇIQLANDI - FOTO

Hazırda oxunan: “Bitkoin” sürətlə dəyər İTİRİR: Son qiymət AÇIQLANDI - FOTO

183284

Son vaxtlar kriptovalyuta bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. 

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında “Coinmarketcap” birjasında 68 000 dollar dəyərində olan 1 saat əvvəl “Bitkoin” hazırda 65 000 dollardan bir qədər yüksək qiymətə təklif olunur. Bazar kapitalizasiyası isə 1,277 trilyon dollar, 24 saatlıq həcmi isə 56 milyard 601 milyard dollar səviyyəsində idi.

Qiymətlərdə enmələrin bir müddət davam edəcəyi proqnozlaşdırılır ki, bu da investorlar üçün ciddi narahatçılıq yaradır. 

Beynəlxalq ekspertlərin proqnozlarına görə, BTC-nin bu qədər ucuzlaşması, əslində onun üçün mühüm katalizator rolunu oynaya bilər. İnvestorlar üçün digər vacib məqam isə odur ki, “Bitkoin” 65 000 dollarlıq kritik səviyyəyə düşərsə, daha böyük itkilər baş verə bilər.

Hazırda texniki göstəricilər saatlıq MACD-nin aşağı zonada, saatlıq RSI-nin isə 50 səviyyəsindən aşağı olduğunu göstərir. Bu da beynəlxalq birjalarda BTC-yə qarşı satışla bağlı ciddi təzyiqlərin olduğunu sübut edir. 

Son proqnozlara görə, 1 BTC əvvəlcə 64 550 dollara, sonra isə 64 000 dollara qədər düşəcək ki,  bu da investorlar üçün böyük təhlükə mənbəyidir. 

Hazırda “Bitkoin”in dəyəri sürətlə düşməkdə davam edir və xəbər hazırlanarkən 1 ədəd BTC 64 660 dollardan təklif olunmağa başladı. Bazar kapitalizasiyası 1.271 trilyon dollar, 24 saatlıq dəyəri isə 57 096 milyard dollar təşkil edir. 

Digər kriptovalyutaların qiymətləri isə aşağıdakı cədvəldə əks olunub: 


Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO