Mərkəzi Bank pulları necə yuyur? - SORĞUYA CAVAB

Mərkəzi Bank pulları necə yuyur? - SORĞUYA CAVAB

Hazırda oxunan: Mərkəzi Bank pulları necə yuyur? - SORĞUYA CAVAB

1393

Biz azərbaycanlılar  nağd pulu istifadə etməyə meyilli xalqıq. Son illərdə kartla ödəniş etmək imkanlarımız genişlənsə də  ancaq alış-verişdə nəğd puldan istifadə edirik. Necə deyərlər, dədə-baba qaydasında “kişinin pulu cibində olar” anlayışı ilə pulu xərcləyirik. Nəzərə alsaq ki koronavirus infeksiyasının yayılması hələ də davam edir, burada  ehtiyatlı olmalıyıq. Çünki pullar  da infeksiya mənbəyidir. Koronavirus infeksiyası ilə  əlaqədar olaraq  dövriyədə olan pulların yuyulması, yəni dezinfeksiya işləri necə həyata  keçirilir?

Mərkəzi Bankdan Bizim.Media-nın  sorğusuna cavab olaraq bildirilib ki, milli pul nişanları insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla istehsal edilir. Bununla yanaşı, pul nişanları tədavülə buraxıldıqdan sonra onların dövriyyədə keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldə təmiz pul siyasəti qəbul edilib



Bu siyasət çərçivəsində Mərkəzi Bank dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanlarının tədavüldən çıxarılmasını və müvafiq Dövlət Komissiyasının iştirakı ilə məhv edilməsini həyata keçirir.

Pullar da karantində qalır

Koronavirus infeksiyasının yayılması ehtimallarının qarşısının alınması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldən qayıdan pul nişanlarının karantinə yerləşdirilməsini təmin edilir. Belə ki, tədavüldən qayıdan pul nişanları 14 gün müddətində digər pullardan təcrid edilərək müvafiq qablaşdırma vahidlərində saxlanılır. 

Pullar necə təmizlənir?

Bu müddət bitdikdən sonra tədavüldən qayıdan pul nişanları Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırılır.

Qablaşdırılmış pullar Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilmiş və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiyası olunur.

Bununla yanaşı, dövriyyədə olan pul nişanlarının təmizliyinin və yüksək keyfiyyətinin təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən kommersiya banklarına daim xüsusi göstərişlər verilir, dövriyyəyə yalnız Mərkəzi Bankın tələblərinə uyğun müvafiq avadanlıqlarda emal olunmuş pulların buraxılması tapşırılır və eləcə də əhali üçün maarifləndirici tədbirlər həyata keçirilir.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO