Las-Veqasda da “Formula 1” Qran-prisi keçiriləcək - Bu tarixdən 

Hazırda oxunan: Las-Veqasda da “Formula 1” Qran-prisi keçiriləcək - Bu tarixdən 

67225

"Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri 2023-cü ildən ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə yarışın rəsmi saytında məlumat yerləşdirilib.  

Bildirilib ki, Las-Veqas Qran-prisi noyabrda gecə saatlarında şəhər trekində baş tutacaq. 

Bu, 1982-ci ildən sonra ABŞ-da üçüncü Qran-pri olacaq. Hazırda bu ölkədə Mayami və Ostin mərhələləri də keçirilir. 

Qeyd edək ki, 1981-1982-ci illərdə də Las-Veqasda "Formula 1" yarışı keçirilib. Cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO