Azərbaycanlı hakim Avropa çempionatının oyununa TƏYİNAT ALDI

Azərbaycanlı hakim Avropa çempionatının oyununa TƏYİNAT ALDI

Hazırda oxunan: Azərbaycanlı hakim Avropa çempionatının oyununa TƏYİNAT ALDI

592475

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı da var.

Bizim.Media Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, həmyerlimiz növbəti təyinatını alıb.

O, bu dəfə B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq. H.Qafarlıya İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də, saat 19:00-da, 17500 azarkeş tutumu olan Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Timekeeper kimi iş başında olan H.Qafarlı bu dəfə final
mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO