Konfrans Liqası: “Qarabağ” səfərdə AEL-lə top qovacaq

Hazırda oxunan: Konfrans Liqası: “Qarabağ” səfərdə AEL-lə top qovacaq

31234

“Qarabağ” klubu bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu III təsnifat mərhələsində ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olacaq. Ağdam təmsilçisi qrup mərhələsinə doğru daha bir addım atmaq üçün səfərdən sərfəli nəticə ilə dönməlidir.

Cari mövsüm avrokuboklarda qol buraxmayan “Qarabağ” quru seriyasını Limassolda da davam etdirməyə köklənib. Müdafiə xəttində ciddi problemləri olan ağdamlılar cavab görüşünü bir həftə sonra Bakıda keçirəcək.

Qeyd edək ki, bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə qarşılşacaq.

Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

5 avqust

21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Qlenn Niberq (İsveç)

Limassol. “AEK Arena”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO