"Qarabağ"ın mətbuat konfransının vaxtı bəlli oldu

"Qarabağ"ın mətbuat konfransının vaxtı bəlli oldu

Hazırda oxunan: "Qarabağ"ın mətbuat konfransının vaxtı bəlli oldu

204919

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 5-də saat 17:45-də "Azersun Arena"da baş tutacaq. 18:15-də media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. 

Qonaq komandanın açıq məşqi saat 20:00-da, baş məşqçi Georgi Dermenciyevin mətbuat konfransı isə 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. 

Qeyd edək ki, avqustun 6-da keçiriləcək "Qarabağ" - "Ludoqorets" görüşü saat 20:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO