"Komanda istəkli olmalıdır ki, elitada qala bilək" - Adil Şükürov

Hazırda oxunan: "Komanda istəkli olmalıdır ki, elitada qala bilək" - Adil Şükürov

184315

“Kəpəz” bu dövrədə komanda olaraq inamlı çıxış etdi. Deyərəm ki, bütün futbolçular hər oyuna maksimum şəkildə istəkli  yanaşdıla. İstər oyunçular, istərsə də İdarə Heyətinin sədri İlqar Nadiri başda olmaqla klub rəhbərliyi, futbol veteranları, azarkeşlər birlikdə olaraq “Kəpəz”in uğurları üçün hər şey ediblər".

Bizim.Media xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, Misli Premyer Liqasının son dövrəsinin daha çətin keçəcəyini bildirib:

"4-cü dövrədə bizi daha ağır mübarizə gözləyir. Çünki sonuncu dövrədə turnir cədvəlində bizdən  yuxarıda olan komandalar qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün gərgin mübarizə aparacaq. Digər klublar isə Premyer Liqada  qalmaq  uğrunda oynayırlar. Bu mərhələdə  komandamız  çalışıb  maksimum xal toplamalıdır. Fikrimcə, komanda istəkli olmalıdır ki, elitada qalmağı qarantiləyə bilək".

A.Şükürov "Neftçi" ilə keçirilən oyunu (3:3) 3-cü dövrənin ən yaddaqalan matçı adlandırıb:

"Komandada olduğum gündən bütün oyunlar yüksək  dinamikada  keçib və bu, məni  çox  sevindirir. Buna görə futbolçulara təşəkkür etmək istəyirəm. Həqiqətən oyunçular böyük işin öhdəsindən gəldilər. Daha çox yaddaqalan oyun isə “Neftçi” ilə Tovuzda qarşılaşdığımız və 3:3 hesabı ilə başa çatan matç olub. Oyun mübarizəli və bolqollu alındı. Baxımlı qollar vurduq".

Baş məşqçi qeyd edib ki, klub rəhbərliyinin komandaya dəstəyi  yüksək formadadır:

"İlqar müəllim komandanı lazımı səviyyədə motivasiya etmək üçün mümkün bütün imkanlarından istifadə edir. Eləcə də azarkeşlərimizi qeyd etmək istərdim. Komanda oyunlara çıxarkən fanatlarımızın verdiyi dəstək uşaqları yüksək səviyyədə oyunlara kökləyir. Bundan əlavə hətta məşqlərə çıxarkən onların bizim yanımızda olması futbolçulara ruh yüksəkliyi verir".

"Kəpəz"in çalışdırıcısı komandanı oyunlara motivasiya etməyin çətin olmadığını da deyib:

"Komanda sonuncu dövrədə çempionatda ən çox xal toplayan 3-cü kollektiv olub. Bu komandaya, heyətə daha da çox inanmaq və güvənmək lazımdır. İnşaallah, bizim futbolçularımız gələcəkdə daha da yaxşı ola bilərlər. “Kəpəz” sıradan bir komanda deyil. Bu klubun tarixi, özünəməxsus ənənəsi, nailiyyətləri olub. Son nəticələrdən sonra futbolçular şəhərdə gəzərkən insanların onlara olan yanaşmasını, münasibətini bir daha görüblər. Ona görə əlavə nəsə danışmağa ehtiyac yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO