Gənclərimizlə bağlı son bir həftədə baş verənlər məni çox sarsıtdı və onlara hansısa münasibəti bildirməyə də çətinlik çəkdim. Dünən yaxın dostlarımızdan biri mənə dedi ki, "axı sən həmişə bayrağımıza sayğısızlığa çox pis baxmısan və həmişə Ramil Səfərovun hərəkətini təqdir eləmisən, Cavid Hüseynov da bayrağımıza qarşı sayğısızlıq olunduğundan o jesti etmişdir və bu düzgün başa düşülməmişdi". Məhz bu deyilən sözdən sonra mən bu yazını yazmaq qərarına gəldim.
İlk olaraq bildirirəm ki, hər bir layiqli ölkə vətəndaşi kimi mən də dövlətimin bayrağını müqəddəs və toxunulmaz hesab edirəm və ona qarşı edilən hörmətsizliyi heç cür qəbul etmirəm. Və ona sayğısızlıq göstərənlərə də layiqli cavab verənləri alqışlayıram. Ancaq bu günkü dürümla Ramil Səfərovun hərəkəri arasında bəzi oxşarlıq olsa da, çox böyük fərqlər də var. Oxşarlıqlardan birini dedim bu hər iki hadisə bayrağımıza edilmiş təhqirdən qaynaqlanıb. Digər bir oxşarlq isə həm Ramil Səfərovun, həm Cavid Hüseynovun, həm də Rasim Əliyevin əslən eyni bölgədən, 23 aavqust 1993-cü ildə erməni qəsbkarlarının işğal etdiyi Cəbrayıl bölgəsindən olmasıdır. Bu heç də təsadüfiü deyil, o bölgənin insanlarının əksəriyyəti vətənini,millətini sevən fədakar insanlardır. Bəs bu iki hadisədə fərqli cəhətlər nədir?
Birinci hadisədə Ramil Səfərov mənfür düşmənimiz olan, onu və həmyerlilərini yurdsuz-yuvasız qoyan ermənilərdən birini cəzalandırmışdı. İkinçi halda isə əksinə, biz, Azərbaycanın işğal altında qalmış ərazilərini azad etməyə qadir olacaq 7 oğulu itirdik. Birini fiziki baxımdan, digər altiısını isə mənəvi baxımdan. 21-28 yaşında olan bu gənclərin ağır ittiham altında həbsxanalara düşməsi itrilmək deyil, bəs nədir? Birinci halda Milli Ordumuzun zabitini xalqımız da, dövlətimiz də sonacan müdafiə etdi və şükrlər olsun Allaha, bu gün Ramil Səfərov Ordumuzda ləyaqətlə xidmət edir və əminəm ki, vaxtı catanda yenidən öz sözünü deyəcək və dövlətin etimadını bundan sonra da layiqincə doğruldacaq. İkinci halda isə həm yeddi ailə, yeddi ana, həm nişanlı qızlarımız gözü yaşlı qaldı. Bunlar həm də vətənimizin, dövlətimizin itkisidir.
Tanrı millətimizi, dövlətimizi qorusun!
Billur Hümbətov, VİP sədrinin müavini






























































































