Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun oğlu qəza törədib.
Bu barədə Mia.az-a məlumat verən şəxs deyib ki, başçının oğlu Emin Camalov yol polisi əməkdaşıdır. E.Camalovun DYP avtomobilində qəza törətdiyi bildirilir.
Məlumat verən şəxs qeyd edib ki, qəza zamanı xəsarət alan da olub. Hadisəni ört-basdır etmək üçün dərhal yeni avtomolin alindiği da bildirilir.
Məsələylə bağlı münasibət öyrənmək cəhdlərimiz alınmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq.






































































































