
- A-
- A
- A+
Lavrov: “Rusiya tarixinin taleyüklü mərhələsini yaşayır” - VİDEO
“Bu gün ölkəmiz öz tarixinin taleyüklü mərhələsini yaşayır. Mübaliğəsiz demək olar ki, dünya düzəninin gələcəyi və Rusiyanın buradakı yeri müəyyənləşdirilir”.
Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin yaradılmasının 220 illiyinə həsr olunmuş markanın ləğvi mərasimində deyib.
“Biz Rusiya rəhbərliyinin ölkənin milli maraqlarını, şərəf və ləyaqətini, tarixi irsini müdafiə etmək üçün qəbul etdiyi qərarların həyata keçirilməsi naminə beynəlxalq arenada əzmkar işləyəcəyik!”- deyə o vurğulayıb.
Diplomatik qurumun rəhbəri əlavə edib ki, Rusiyanın xarici siyasətinin əsas məqsədi ölkənin milli təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etməkdir:
“Tərəfdaşlarla əməkdaşlıqda biz konstruktiv gündəliyi təşviq edəcəyik, qlobal sabitliyin qorunmasında və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində ölkənin geosiyasi çəkisinə mütənasib töhfə verəcəyik”, - deyə nazir yekunlaşdırıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































