Kaxetiya gürcüləri niyə nuxalılar kimi rəqs edir? - Kaxetiya ŞƏKİLİLƏRİ – VİDEO

Hazırda oxunan: Kaxetiya gürcüləri niyə nuxalılar kimi rəqs edir? - Kaxetiya ŞƏKİLİLƏRİ – VİDEO

54946

Qədim Azərbaycan dövlətlərindən olan Albaniyanın zəngin adət-ənənənləri kimi, mədəniyyət və dövlətçilik əsasları olub. İslama qədərki təkallahlı dinlərlə yanaşı Albaniya ərazisində büt və odpərəstliyə aid məbədlərə də rast gəlinib. Amma məbədlərin əksəriyyəti xristianlıqla bağlıdır.

Çünki eramızın 57-ci ilindən ərəb istilasına qədər azərbaycanlıların əsas dini sitayiş obyekti İncil (Bibliya) olub.

Ərəb əsarətinə düşəndən sonra isə “qılınc müsəlman” deyimi yaranıb və azərbaycanlıları gerçək tarixindən uzaqlaşdırmaq üçün Çar Rusiyası, ardınca SSRİ xalqımızın xristian keçmişi barədə məlumat ötürülməsinin qarşısını alıb. Yekunda isə Cənubi Qafqaza rusların məqsədli şəkildə köçürdüyü ermənilər boyunlarındakı xaçlara görə qədim Azərbaycan kilsələrini özününküləşdirməyə başlayıb. 

Bizim.Media olaraq budəfəki mövzumuz Şəkidə yaşayan albanların hazırda daha çox Gürcüstanda populyar olan rəqsləridir.
 

MÖVZU İLƏ BAĞLI:

“Euronews” Azərbaycan rəqsləri barədə süjet hazırladı - VİDEO


“Xəzər Albaniyası – Qıpçak” “YouTube” kanalında maraqlı video paylaşılıb. Görüntülərdə “Şəki rəqsi”nin 1956-cı il kadrları da yer alıb. Videoya diqqətlə baxanda başlarındakı papağın ortasında xaça bənzər möhür görmək olur. Bu isə Şəkinin xristian keçmişindən xəbər verir.

Tarixi qaynaqlarda da informasiya var ki, yerli albanların musiqi alətləri arasında zurna, qoşa zurna, qabal, nağara, kiçik nağara, kamança, tütək, ud, saz, qopuz və balaban daxil olub.

Bütün bunlar isə Ermənistan da daxil, digər region ölkələrinin də musiqi və bəzi alət iddialarının üzərindən xətt çəkir. 

Görüntüləri izlədikcə müasir gürcü rəqslərinin Şəki rəqslərinə necə bənzədiyini sezmək olar. Bunun isə öz səbəbləri var. XIX əsrdə Alban kilsəsinin süqutundan sonra Qarabağdakı albanlar kimi, Şəkinin də yerli xristian türkləri Konstanpolun təzyiqi altında zorla erməniləşmə təhlükəsi qarşısında qaldı. Lakin erməni təsirinə düşməmək üçün bir çoxu Kaxetiya bölgəsinə öz əqrabalarının yanına köç etməli oldular. Sadəcə orada da assimilyasiya siyasətinə məruz qalaraq zorla gürcüləşirlər. 

Əslində Sünik kimi Albaniya satraplarından biri olan Kambisena əyaləti indiki Samuxa qədər Şəki – Balakən ərazisi və Kaxetiyanı əhatə edirdi. Kambisenada yaşayan albanlar isə saklar, yəni oğuz adlandırılana qədərki ən qədim türklər idilər.


Eramızdan əvvəl 63-cü ildə doğulmuş Yunan coğrafiyaşünası Strabon özünün 11-ci Corafiya kitabında yazırdı ki, indiki Qafqazın Şimal-Qərb hissəsində yerləşən iki gözəl şəhər var. O göstərir ki, bir-birindən çox da uzaqda yerləşməyən bu iki gözəl şəhər Niqa (Nuxa, Nuha) və sakların məskəni Şakaşen (Sakasen, Şəki) şəhərləridir.

Strabon qeyd edir ki, Kambisena əyalətində (İndiki Kaxetiyanı da əhatə edən) bu ərazilərdə yerli sakların böyük mədəniyyəti formalaşıb. 

Hazırda da Kaxetiyanın Telavi şəhərində gəzəndə küçə və məhəllə memarlığında da Şəki şəhərindən dəsti-xətt tam göz önündə sərgilənir.

Bu səbəbdən, indiki Kaxetiyanın gürcüləri antropoloji quruluş və mədəniyyət baxımından müasir şəkililərə bənzəyirlər.

Daha ətraflı videoda:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO