Azərbaycan Respublikasını Ukraynadakı səfirliyi Kiyev şəhərində son hadisələrlə əlaqədar həmvətənlərinə müraciət edib.
Bu barədə səfirlikdən xəbər veriblər.
Səfirlik muraciətində həmvətənlərini insanların kütləvi şəkildə yığışdığı yerlərdən uzaq olmaq və ayıq olmağa çağırıb.
Səfirliyin hazırki məlumatına görə, xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Xatırladaq ki, bu gün Ukraynada Ali Rada qarşısında qumbara ilə törədilən partlayış nəticəsində yüzlərlə şəxs yaralanıb. /Trend/
































































































