İsa Qəmbərin “türmə”x9d jarqonu aranı qatdı -  QARŞIDURMA

İsa Qəmbərin “türmə”x9d jarqonu aranı qatdı - QARŞIDURMA

Hazırda oxunan: İsa Qəmbərin “türmə”x9d jarqonu aranı qatdı - QARŞIDURMA

66987
Müsavatın keçmiş başqanı İsa Qəmbər “Yeni Müsavat”x9d qəzetinə müsahibəsində partiyanın VIII qurultayının nəticələrindən narazı olanlara qarşı sərt ifadələr işlədib.
 

Keçmiş başqanın “Sizin rəhbərliyiniz zamanı indi tərəf olan şəxslər çox uğurlu fəaliyyət göstərirdilər...”x9d sualına cavabında işlətdiyi “mən onları sındırmaq istəmirəm”x9d ifadəsi diqqətçəkən məqam olub.


“Mən bu söhbətlərə qayıtmaq, fərdilərşdirmək istəmirəm, çünki dərinə getmək istəmirəm. Mən insanları aşağılamaq istəmirəm, adamları yüksəltmək istəyirəm. Kim Müsavat Partiyasında namusu, vicdanı, ləyaqəti ilə partiyaya, xalqa, cəmiyyətə xidmət edib, mən hər zaman o adamları yüksəltməyə, gücləndirməyə, onların cəmiyyətə təsirini artırmağa çalışmışam. Mən onların nöqsanlarını görəndə də onları aşağılamaq, sındırmaq, onların qüsurlarını ictimailəşdirib nüfuzdan salmaq istəmirəm”x9d, - deyə İsa Qəmbər vurğulayıb.


Publika.az narazı kəsimin keçmiş başqanın fikirlərinə reaksiyasını öyrənib. Qarşı tərəfi ən çox qıcıqlandıran məhz “sındırmaq”x9d ifadəsi olub.


Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy həbsxana jarqonunu İsa Qəmbərə yaraşdırmadığını açıqlayıb: “Sındırmalı adam kimdirsə, açıqlasın. Sındırmaq, alçaltmaq kimi həbsxana leksikonundan istifadə etməyi İsa bəyə yaraşdırmıram. Konkret kimdən və nədən danışdığını açıq söyləsin”x9d.


S. Əlisoy özünün İsa Qəmbərin qarşısında gözükölgəli olmadığını bildirib.

“Onun qarşısında nə gözüm kölgəlidir, nə də “ipotekam”x9d var. Ad çəksin, lazımdırsa, ifşa etsin. Amma qaranlıq sözlər danışmasın”x9d, - deyə o, vurğulayıb.


İsa Qəmbərin keçmiş müşaviri, Qubad İbadoğlunun tərəfdarı Hüseyn Məlik də keçmiş başqanı açıq danışmağa çağırıb: “Nə bilirsə, açıqlasın. Əlindəki faktları ortaya qoysun. Şəxsən məni heç kim sındıra bilməz. Mən ittiham edən tərəfəm, ittiham olunan yox. Bu cür sözləri də İsa bəyə yaraşdırmıram. Şəxsən mənim haqqımda nə bilirsə, açıqlasın”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO