Moderator.az xəbər verir ki, “Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı facebook səhifəsində peşəkar jurnalistlərə yönəlik müraciət yayıb. Müraciətdə deyilir:
“Peşəkar
jurnalistlərə açıq məktub!
Hörmətli
jurnalistlər! Cəmiyyətimizin ağacdələnləri!
Hazırda
sizlərin öhdəsinə cəmiyyətin müxtəlif sahələrindəki çətinlikləri araşdıraraq diqqət mərkəzinə gətirmək, onun həlli
yollarını axtarmaq üçün əlaqədar qurumları cəlb etmək kimi həlli çətin vəzifə
düşür.
Azərbaycanda praktik psixoloji xidmət sahəsi indi
ağır durumdadır. Bu sahədə nəinki psixoloji xidmət üzrə peşəkarlıq səriştəsi, hətta
akademik təhsil üzrə bakalavr diplomu olmayan şəxslər uşaq, yeniyetmə və gənclərin,
yaşlı insanların taleyini “həll edirlər”. Bəzi mərkəzlərdə 2 aylıq kurslar təşkil
edilərək qeyri-ixtisaslı mütəxəssilərə "psixoterapevt",
"loqoped", "kliniki psixoloq" kimi diplomlar, sertifikatlar
verilir. Təəssüf olsun ki, problemlə bağlı olan əlaqədar qurumlar isə susur.
Halbuki, sivil ölkələrdə praktik psixoloji xidmətlə məşğul olmaq istəyənlər çox
ciddi müsabiqələrdən, konkret sahə üzrə elmi-nəzəri və praktik kurslardan
keçir, bir neçə təhsil pilləsi üzrə hazırlanaraq konkret sahədə və müəyyən müddətdə
işləmək üçün sertifikat əldə edə bilirlər.
...Vəziyyət hamıya məlumdur. Praktik psixoloqların
peşəkarlıq səviyyəsinə dövlət və ictimai nəzarət zəif olduğundan bu sahə ona
güzəran psixologiyası və biznes səviyyəsində yanaşan naşı insanların təsiri
altına düşə bilər. Problemin qarşısı vaxtında alınmazsa, cəmiyyətdə gündən-günə
aktuallaşmalı olan psixoloji xidmət işinə etimad itəcək, bu etimadı yenidən
doğrultmaq üçün illər lazım gələcək.
Cəmiyyətimizin
ağacdələnləri! Praktik psixoloji xidmət sahəsində yaranmış bu vəziyyəti ictimai
müzakirələrə çıxardaraq əlaqədar qurumların diqqətini cəlb edə bilərsiniz. Azərbaycanlı
övladlarının sağlam genefondu naminə, bunu
edin!”






































































































