“Azərbaycan” qəzeti almaq üçün insanlar növbəyə dururdular

“Azərbaycan” qəzeti almaq üçün insanlar növbəyə dururdular

Hazırda oxunan: “Azərbaycan” qəzeti almaq üçün insanlar növbəyə dururdular

40984
Milli Məclisin fevralın 3-də keçirilən iclasında danışan deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə qəzet yayımı ilə bağlı problemi qaldırıb. 

Moderator.az  xəbər verir ki, İqbal Ağazadə deyib: “Ölkədə, xüsusən də Bakı şəhərində qəzet köşklərinin sayı günü-gündən azalır. Əl yayımına qadağalar qoyulub. Bu da qəzetdə işləyənləri, vətəndaşları narahat edir. Cənab prezident İlham Əliyevin redaktorlarla görüşündə məsələnin həllinə dair tapşırıq verilmişdi. Amma həmin tapşırıq da icra olunmayıb və problem günü-gündən ciddi xarakter alır. Ona görə də, Oqtay müəllim, xahiş edirəm parlament sədri kimi bu məsələyə müdaxilə edəsiniz, icra orqanları qarşısında qəzet yayımı ilə bağlı yaranmış problemin həlli üçün məsələ qaldırasınız. Vəziyyəti daha dərindən öyrənmək üçün  qəzet redaktorları ilə məsləhətləşmələr aparmaq da olar”.

Deputat, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib ki, qəzet satışına problemlər yaradılması haqqında deyilənlər həqiqət deyil. O qeyd edib ki, qəzet kökləri götürülmür, sadəcə olaraq yeniləri ilə əvəz olunur: “Bakı şəhərində qəzet köşklərinin daha geniş şəbəkəsi yaradılır. Köhnələrinin yerinə yeniləri gətirilir, bu da Bakı şəhərində aparılan abadlıq, quruculuq işlərinə uyğun həyata keçirilir. Əgər kiminsə qəzeti satılmırsa, bunun səbəbini qəzetinin məzmununda axtarsın. Əgər qəzet maraqlı olarsa, oxucu onu haradan olsa tapıb oxuyacaq. Keçən əsrin 90-cı illərinin əvvəllərində köşklərdən “Azərbaycan” qəzeti almaq üçün insanlar növbəyə dururdular. İndi qəzetin satılmamağından şikayət edənlər elə yazsınlar ki, camaat da onu alıb oxusun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO