Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb

Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb

Hazırda oxunan: Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb

39454
Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb.Moderator.az-ın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
 
Məlumata görə, həlak olan mücahid Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü, “Primorskiy Muhammed” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşıdır. Onun Bəşər Əsəd qüvvələri tərəfindən öldürüldüyü bildirilir. Mücahidlər “Primorskiy Muhammed”in meyitinin fotolarını da sosial şəbəkələrdə yayıblar.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Suriyada daha iki azərbaycanlı mücahid öldürülüb.
 
Onlar “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov və “Azəri Seyfullah” ləqəbli Soltan adlı şəxsdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO