Tanınmış şairdən AÄžRILI MÜRACİƏT:  “Şeirlərimi satıram”x9d

Tanınmış şairdən AÄžRILI MÜRACİƏT: “Şeirlərimi satıram”x9d

Hazırda oxunan: Tanınmış şairdən AÄžRILI MÜRACİƏT: “Şeirlərimi satıram”x9d

139981

Tanınmış şair, “90”x9d-cılar nəslinin ən istedadlı nümayəndələrindən sayılan şair Sabir Yusifoğlu ağrılı müraciətlə yadda qalıb.

Şair işsizlik səbəbindən arxivindəki şeirlərini satacağını və üstəlik redaktə edəcəyini də vurğulayıb:

“Ali təhsilli mühəndisəm. 2000-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülmüşəm-ədəbiyyat sahəsində. Son vaxtlar səhhətimlə bağlı işləmirəm (osteoxondroz-duz yığılması. Ağrı, yuxusuzluq, əsəb, təzyiq-daha çox nəmli, küləkli havalarda) . Keçmişə baş çəkməyə, öz arxivimdə eşələnməyə bolluca vaxtım oldu... Və bir neçə kitablıq heç harda getməyən şeirlərimə bir daha baxdım. İmkanlı birisinə bu şeirlər şöhrət gətirə bilər. Mən isə sağlamlığımı bərpa edərəm. Qısası: o yazıları satıram. İstənilən redaktə də mənlik. Məxfiliyə(inkoqnito) söz verirəm”x9d.

Moderator.az məcburiyyət səbəbindən şeirlərini satan şairdən bir neçə poetik nümunəni təqdim edir:

Susuzluqda su təki Bəlkə yadına düşəm. Mənə bir məktub göndər Bilim ki, ölməmişəm. Səndən başqa bilən yox, Dərdimə bir dərman yaz. İki kəlmə nədi ki, Ay gözünə qurban, yaz. Çox yox , bir varaq göndər, Vaxtın yoxsa ağ göndər, əllərinin izini evimə qonaq göndər. bilim harda solursan, ay gülüm, ay bənövşəm. Mənə bir məktub göndər, Bilim ki, ölməmişəm.

***

Qoşula bilmədik qayalarına, Qoşduq tükdən yüngül sözə dağları. Havası çatışmır aran yerində,- Kim dartıb gətirdi düzə dağları? Qartallar səsini içində boğub, Qayalar kolların dibinə sığıb. Əl boyda kağızın üstünə yığıb Barmaqla göstərir bizə dağları. O mənəm, hər yandan yolu kəsilən, Babəklə bir yerdə qolu kəsilən. Köçürün bu yurdun xəritəsinə Sinəmə çəkilən təzə dağları.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO