Moderator.az -a daxil olan məlumata görə, görüş Milli Məclis sədrinin Moskvaya səfəri çərçivəsində reallaşıb.xa0
Görüşdə tərəflər son dövrlərdə iki ölkə arasında dinamik inkişafdan məmnunuqlarını ifadə edərək, bu əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını vurğulayıblar. Bəyan edilib ki, iki ölkə arasındakı münasibətlərin dərinləşməsi eyni zamanda bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək. Tərəflər eyni zamanda son günlərdə Dağlıq Qarabağ konflikti ətrafında yaranmış durumu da müzakirə ediblər. O. Əsədov son hadisələr zamanı İranın Azərbaycan göstərdiyi mənəvi dəstəyə görə öz təşəkkürünü bildirib. Qarabağ konflikti ilə bağlı mövqeyini açıqlayan O. Əsədov deyib ki, son hadisələr bir daha göstərdi ki, münaqişə qısa zamanda birdəfəlik həllini tapmaldır. Bunun üçün beynəlxalq vasitəçilər öz səylərini artırmalı və probleminin tezliklə həllinə nail olmalıdırlar. Əks təqdirdə Qarabağ münaqişəsinin həlinin uzanması bölgədə təhlükəsizliyə və sabitliyə təhdid mənbəyi olaraq qalacaq. Son hadislər bunu bir daha sübut etdi, deyə Oqtay Əsədov vurğulayıb.

































































































