Türkiyədə koronavirusa yoluxma sürətlə artır – VƏZİYYƏT KRİTİKDİR

Türkiyədə koronavirusa yoluxma sürətlə artır – VƏZİYYƏT KRİTİKDİR

Hazırda oxunan: Türkiyədə koronavirusa yoluxma sürətlə artır – VƏZİYYƏT KRİTİKDİR

18653

Türkiyədə yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir. Koronavirusun bütün göstəricilər üzrə fəsadları vilayətlər üzrə dəyişir.

Ona görə də, əyalətlərdə yerli hakimiyyət orqanları ölkə üzrə tətbiq olunan ümumi tədbirlərindən başqa vəziyyətə uyğun qərarlar qəbul edirlər.

Bizim.Media Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 21-də ölkədə 318 min 839 nəfər testdən keçirilib. Onlardan 61 min 967 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb, 2932 nəfər xəstəxanalara cəlb edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə gündəlik ölüm sayı artdı


Gün ərzində bu xəstəlikdən 362 nəfər ölüb, 52 min 213 nəfər isə sağalıb. Göstərilən rəqəmlər aprelin birinci həftəsindəki rəqəmlərlə müqayisədə təxminən 2 dəfə çoxdur.

İndiyədək ümumilikdə 4 milyon 446 min 591 nəfərdə virus aşkarlanıb, 36 min 975 nəfər ölüb.
Hazırda 3 min 398 nəfər reanimasiyadadır. Ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin əsasını virusa qarşı kütləvi peyvəndləmə təşkil edir. Ölkəyə müxtəlif növ vaksinlər gətirilməyə başlasa da, hazırda kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksini ilə aparılır.

Yerli peyvəndin tapılması istiqamətində də mühüm addımlar atılır. Aprelin 20-nə olan məlumata görə, ölkə üzrə tətbiq olunan peyvəndin sayı 20 milyon dozanı ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO