Ukraynanın keçmiş XİN rəhbəri Konstantin Qrişenko və sabiq ədliyyə naziri Aleksandr Lavrinoviç barədə məhkəmə tərəfindən qiyabi həbs qərarı verilib. Onlar Xarkov razılaşmalarının hazırlanmasında iştirakda təqsirləndirilir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında məlumat yayıb.
“Baş Prokurorluq idarəsinin prokurorlarının iştirakı ilə dövlətə xəyanətdə şübhəli bilinən Ukraynanın keçmiş XİN rəhbəri və ədliyyə naziri barəsində məhkəmədə həbs qətimkan qərarı verilib.
İrəli sürülən ittihama əsasən, şübhəli şəxslər 2010-cu ildə beynəlxalq əhəmiyyətli sənədin mətnini, heç bir lazımi hüquqi araşdırma aparmadan, öz aralarında razılaşdırıblar. Bundan əlavə, Baş Prokurorluğun təsdiqlədiyi kimi, onlar Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç və keçmiş Baş nazir Nikolay Azarovla birgə əvvəlcədən əlbir olaraq bu əməli törədiblər”, - Baş Prokurorluqdan bildirilib.
Qrişenko və Lavrinoviçin Ukraynanın hüdudlarından kənarda olmaları səbəbindən axtarışa verildikləri və onların Ukraynaya ektradisiyası üçün prosedurların başladıldığı vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:49 / 23.09.2022
Ukraynanın keçmiş nazirləri barədə həbs qərarı verildi
Hazırda oxunan: Ukraynanın keçmiş nazirləri barədə həbs qərarı verildi
Hazırda oxunan: Ukraynanın keçmiş nazirləri barədə həbs qərarı verildi
95411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.