Ötən gün Türkiyənin Antalya şəhərində hava limanında 20 rusiyalı heç bir izahat verilmədən reysdən çıxarılıb. Nəticədə Antalya-Moskva marşrutu üzrə TK3146 reysi onlarsız havaya qalxıb.
Bizim.Media "360tv.ru"ya istinadən xəbər verir ki, “Sunmar” turoperatorunun müştərilərinin niyə təyyarədən çıxarıldığı məlum deyil.
Onlar gözləmə zonasında vəziyyətin həllini gözləməyə başlayıblar. Sonra isə əsəbləri tab gətirməyən turistlər davaya başlayıblar.
Bununla bağlı paylaşılan kadrlarda təhlükəsizlik əməkdaşlarının onları ayırmağa çalışdıqları görünür.
Turistlər daha sonra hotellərə qaytarılıblar.
Bizim.Media