G7 ölkələrinin xarici işlər nazirlərinin Yaponiyanın bu təşkilatda sədrliyi altında görüşü gələn il aprelin 16-18-də keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi deyib.
Görüşün Tokiodan yüksəksürətli qatarla təxminən bir saatlıq məsafədə, Naqano prefekturasının dağlarında yerləşən Karuizava şəhərində keçirilməsi planlaşdırılır.
Gözlənildiyi kimi, gündəliyin əsas bəndləri Ukrayna ətrafındakı vəziyyət və Asiya-Sakit okean regionunda Çinin mövqelərinin möhkəmlənməsi olacaq.
Qeyd edək ki, 2023-cü ildə G7-yə sədrlik Yaponiyaya keçir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:41 / 22.09.2022
G7 XİN rəhbərlərinin görüşünün yeri və tarixi açıqlandı
Hazırda oxunan: G7 XİN rəhbərlərinin görüşünün yeri və tarixi açıqlandı
Hazırda oxunan: G7 XİN rəhbərlərinin görüşünün yeri və tarixi açıqlandı
95147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.