Dünyada ən çox peyvənd tətbiq edən ölkələrdən biri Türkiyə oldu

Dünyada ən çox peyvənd tətbiq edən ölkələrdən biri Türkiyə oldu

Hazırda oxunan: Dünyada ən çox peyvənd tətbiq edən ölkələrdən biri Türkiyə oldu

8788

Türkiyədə yanvarın 14-dən başladılan əhalinin peyvəndlənməsi prosesi davam edir. Bir neçə gün aparılan vaksinasiya ilə Türkiyə bir çox dövləti geridə qoyaraq ən çox peyvənd tətbiq edən ilk on ölkədən biri olub.

Bizim.Media xəbər verir ki, ölkədə tətbiq olunan həftəsonu qadağalarına baxmayaraq, peyvəndləmə prosesi tam qaydasına uyğun olaraq aparılır.

Vaksinasiyanın birinci mərhələsinin ilk etapının, yəni səhiyyə işçilərinin peyvəndlənməsinin yanvarın 24-də başa çatması planlaşdırılır.

Artıq bildirdiyimiz kimi, Türkiyədə əhalinin vaksinasiyası müəyyən plana uyğun aparılır. Əhali arasında yaşı 18-dən aşağı, hamilə və vaksinin tərkibindəki preparatlara qarşı allergiyası olanların peyvəndlənməsi ətrafında müzakirələr aparılır.

Hazırda bu qruplara daxil olanlara peyvənd vurulmur.

Bundan əlavə, kəskin respirator virus xəstəliyi və ya ağciyər iltihabı ilə üzləşənlərin də xəstəlik sağaldıqdan ən az iki həftə sonra müəyyən müayinələrdən keçərək peyvəndlənməsinə icazə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO