G7 ölkələrinin növbəti sammiti bu tarixdə Hiroşimada keçiriləcək

G7 ölkələrinin növbəti sammiti bu tarixdə Hiroşimada keçiriləcək

Hazırda oxunan: G7 ölkələrinin növbəti sammiti bu tarixdə Hiroşimada keçiriləcək

79934

Gələn ildən “Böyük Yeddilik” (G7) ölkələrinə sədrlik edəcək Yaponiya qrupun növbəti sammitini 2023-cü il mayın ikinci yarısında Hiroşimada təşkil etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, G7 qrupunun bütün üzvləri liderlərin növbəti görüşünün Hiroşimada keçirilməsi barədə təklifi bəyəniblər.

Yaponiya hökuməti ilk olaraq G7 sammitini 2023-cü ilin iyununda parlamentin növbəti sessiyası başa çatdıqdan sonra keçirməyi planlaşdırsa da, yağışların tədbirləri pozmaq ehtimalı nəzərə alınaraq onun müddəti irəli çəkilib.

Sammitin yerinin Yaponiyanın nüvə silahına qarşı fəal rolunun nümayiş olunması niyyəti ilə seçildiyi qeyd edilir. Bundan əlavə, Hiroşima Yaponiyanın Baş naziri Fumio Kişidanın seçildiyi dairədə yerləşir.

Sammitin cədvəlinə gəlincə isə, bunun iyunun 26-dan 28-dək Almaniyada keçiriləcək sammit zamanı elan olunacağı gözlənilir.

Xatırladaq ki, Yaponiya son dəfə G7 liderlərinin sammitini 2016-cı il mayın axırlarında Mie prefekturasında təşkil edib, Hiroşimada isə birliyin xarici işlər nazirlərinin görüşü keçirilib.

Həmin il Hiroşomaya səfər edən Barak Obama bu şəhəri hakimiyyətdə olarkən ziyarət edən ilk ABŞ Prezidenti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO