"ChatGPT"nin işində nasazlıq YARANDI

"ChatGPT"nin işində nasazlıq YARANDI

Hazırda oxunan: "ChatGPT"nin işində nasazlıq YARANDI
626253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"OpenAI" şirkətinin "ChatGPT" çat-botunun işində genişmiqyaslı nasazlıq baş verib. Bir sıra ölkələrdən olan istifadəçilər xidmətdən istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər.

Bizim.Media xəbər verir ki, nasazlıq barədə məlumatlar "Detector404" və "Downdetector" monitorinq xidmətləri tərəfindən təsdiqlənib.
 

"Detector404"ün Bakı vaxtı ilə saat 18:48-ə olan məlumatına görə, sistemdəki problemlərdən ən çox Almaniya (5%), ABŞ (5%), Niderland (4%), Rusiya (3%) və Böyük Britaniya (3%) istifadəçiləri şikayət ediblər.


Qeyd olunur ki, bu göstəricilər region əhalisinin sayına uyğunlaşdırılıb. "Downdetector" saytında isə Portuqaliya, Yunanıstan, Azərbaycan və Polşa kimi ölkələrdən də nasazlıqlarla bağlı çoxsaylı müraciətlər daxil olub.

Məlumata əsasən, şikayətlərin sayı Bakı vaxtı ilə saat 17:15-dən sonra əhəmiyyətli dərəcədə artmağa başlayıb. Saat 18:53-ə olan statistikaya görə, son sutka ərzində sistemə giriş və funksionallıqla bağlı təxminən 1 400 şikayət qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO