Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir

Hazırda oxunan: Tramp: ABŞ növbəti futbol üzrə dünya çempionatını Kanada və Meksikasız keçirməlidir
626226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantino ilə görüşü zamanı futbol üzrə növbəti dünya çempionatının yenidən ABŞ-da keçirilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, Tramp bildirib ki, bu dəfə turnir Kanada və Meksikanın iştirakı olmadan təşkil olunmalıdır.
 

"Bu dəfə də ABŞ-ı seçməlisiniz. Dünya çempionatını Kanada və Meksikasız keçirə bilərik. O zaman mən çox səxavətli davranaraq onların da qoşulmasına icazə vermişdim. İndi isə belə edək: ABŞ-ı seçin, növbəti dəfə isə başqa bir ölkəni dəvət edərik", – deyə Tramp mətbuat konfransında bildirib.


ABŞ Prezidenti qeyd edib ki, FIFA rəhbəri Canni İnfantino bu ideyanı artıq bəyəndiyini bildirib. Tramp həmçinin gələcəkdə dünya çempionatının ABŞ və Çində birgə təşkil olunmasını da təklif edib.

"Oyunçular matçlar arasında qısa məsafələr qət edəcəklər. Düşünürəm ki, bu onların xoşuna gələcək", – deyə Tramp əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO